Kliniki ölüm nədir?

- Kliniki ölüm nədir? Ətraflı məlumat.
- Kliniki ölüm vəziyyəti yaşamış insanlar həmin anda onların öz bədənlərini necə tərk etdiklərini və sonunda işıq görünən qaranlıq tunellə uçduqlarını danışırlar. Kimsə bu zaman qəribə, qeyri-adi səslər eşidir, başqası həyatda yaşadığı hadisələrə sanki videoda baxır. Digərləri isə çoxdan dünyadan köçmüş doğmalarını gördüklərini söyləyirlər. Xüsusilə həssas insanlar inandırırlar ki, mistik uçuşdan sonra özlərində ekstrasensor imkanlar kəşf ediblər.

Lakin alimlər belə məlumatlara şübhə ilə yanaşır və ölüm anında bu hisslərin tamamilə ağlabatan olduğunu bildirirlər. Belə ki, Edinburq və Kembric universitetlərinin tədqiqatçıları hesab edirlər ki, bunlar beynin ölüm faktına uyğunlaşması cəhdidir ki, bu da qarabasmaların yaranmasına səbəb olur.

Bəzi məlumatlara görə, Kembric Universitetindən doktor Karolina Uott bəyan edir ki, reanimasiya şöbəsində olmadan da belə hisslər yaşamaq mümkündür. "Biz sınaqdan keçirdiyimiz insanlara virtual reallıq şlemi geyindirdik və ora onların öz təsvirlərini daxil etdik. Elə alındı ki, sanki onlar özlərini bir neçə metr kənardan görürlər. Təcrübənin bütün iştirakçıları danışırdılar ki, bu zaman sanki öz bədənlərindən çıxdıqlarını təsəvvür ediblər. Bir çoxları bunun çox real olduğunu bildirirlər", - Uott danışır.

"O dünyadan qayıdanlar"ın danışdıqları sakitlik və dinclik hissləri isə qanda noradrenalin hormonunun düşməsi nəticəsində yaranır. Alimlər bildirirlər ki, həmin hormon adətən stress və zədə zamanı ifraz olunur. Beyin ölümü əvvəllər rastlaşmadığı belə kritik şəraitə uyğunlaşmaq cəhdi kimi qəbul edir. Ölmüş qohumlarla görüş də bununla izah oluna bilər. İnsanın onlarla xoş xatirələri bağlıdır, ona görə də məhz bu görüntülər böyük miqdarda noradrenalinin ifrazına səbəb olur.

Uzun tunel və ya işığa doğru uçuş beyində müəyyən şəkillərin yaranması ilə bağlı gözün tor qişasına düşən işığın transformasına görə cavabdeh olan hüceyrələrin tədricən ölməsi ilə əlaqədardır. Belə fikri Edinburq Universitetinin tibb kafedrasından professoru Sem Parnina dəstəkləyir.

Daha əvvəllər irəli sürülmüş başqa nəzəriyyələri də qeyd etməyə dəyər. Maribor Universitetindən olan alimlərin tədqiqatlarına görə, qanda karbon qazının səviyyəsinin artması belə qəribə qarabasmalara gətirib çıxarır. Onlarla başqa mütəxəssislər də razıdırlar. Onlar bəzi pasiyentlərin beynə daxil olması dayanan oksigen çatışmazlığına görə qeyri-adi səslər eşitdiklərini də əlavə edirlər. "Yanından sürətlə keçən həyat" isə yaddaş hüceyrələrinin tədricən ölməsinin nəticəsidir. Proses əks tərzdə baş verir, ona görə də əvvəlcə göz önündə daha köhnə həyat lövhələri canlanır.

Vidbb

Vidbb.com is a free music search engine from youtube. Watch and download free mp3 and mp4 from youtube.
Vidbb.com indexes only links to video materials, which are public and free of charge at youtube.com. Administration Vidbb.com not endorse any user submission, and expressly disclaims any and all liability in connection with user submissions.